Generallardan qarşılıqlı hədiyyələr – FOTOLAR

15-04-2014, 16:14
Oxunub: 1018


İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşüb. 

 

Modern.az Fars agentliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli hərbi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik və sabitlik məsələləri əsas müzakirə mövzusu olub. Z.Həsənov və general-polkovnik Firuzabadi görüş zamanı bir-birinə qiymətli hədiyyələr də təqdim ediblər.


Qeyd edək ki, Z.Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə aprelin 14-dən qonşu ölkədə səfərdədir. Ötən gün Azərbaycanın müdafiə nazirinin şərəfinə rəsmi qəbul mərasimi keçirilib. Z.Həsənov daha sonra İran-İraq müharibəsində şəhid düşənlərin məzarını ziyarət edib. Bundan sonra İran Müdafiə Nazirliyində Azərbaycan və İran müdafiə nazirləri arasında görüş keçirilib. Eyni zamanda Azərbaycanın müdafiə nazirinin İranın siyasi rəhbərliyi ilə görüşlərinin keçirilməsi də planlaşdırılır.


Z.Həsənov iranlı həmkarı H. Dehqanla artıq görüşüb.    

 

 



 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti