16 yaşında məktəbli qıza təcavüz ediblər

5-01-2013, 20:08
Oxunub: 5110


İddiaya görə, 16 yaşındakı məktəb şagirdi qız, bir il əvvəl sinif yoldaşı olduğu EC'nin (adlar bilərəkdən tam yazılmır) təcavüzünə məruz qalıb. Psixoloji problem yaşadığından evdən qaçan qız, keçən həftə EC tərəfindən bir bağ evinə aparılaraq yenə təcavüzə məruz qalıb. Ardından başqa şübhəlilərin təcavüz edib məktəbə gətirib buraxdığı qız, sinifə girdikdən bir müddət sonra vəziyyəti pisləşib. Məktəb rəhbərliyi tərəfindən gətirildiyi xəstəxanada müayinə keçirildikdən sonra məlum olub ki, qıza təcavüz ediblər.Bundan sonra təcavüzə məruz qaldığı təyin olunan gənc qız başına gələn hadisələri Təhlükəsizlik Müdirliyi Uşaq şöbəsində izah etməsindən sonra, MA, A.Ö, AY, NA, EC və S.A. polis tərəfindən həbs ediliblər. Kollec tələbəsı şagirdinə təcavüz etdikləri iddiasıyla dünən həbs edilən 6 şübhəli şəxs, sorğulanmalarının ardından məhkəməyə göndəriliblər. Məhkəmə, A.Ö. N.A. və EC'nin həbs olunmasına qərar verərkən, digər 3 adam haqqında həbs qətimkan tədbiri olmadan mühakimə edilməsi qərarı ilə azad edilib.
Şərhlər : 1 Şərh yaz
Azad 24 mart 2013 11:00  
Salamun alekum Gor isanda vehwiliye bax xanima el qaldiraraq neyese gore doyur deyirki mende kiwiyem ele ona gorede adini kiwi qoyub qeyreti anun bunu qucagindadi
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti