Həbib Rüstəm

2-01-2013, 19:51
Oxunub: 4224


Bu gün ölkəmizdə müxtəlif fikirli insanlar yaşayır. Cəmiyyətimiz çox qarışıq bir topluma çevrilib. Fərqli düşüncələrin mübarizə meydanına çevrilən paytaxt küçələri yeniləndikcə köhnələşir. Kimlərsə Azərbaycanın bugünkü çətin vəziyyətini dərk edir, kimlərsə dərk etmir. Bəs dərk etməyə çalışırmı? Yox. Sadəcə öz şəxsi istəklərini , fərdi problemlərini əsas tutub ölkəni düşünmək belə istəmədən həyat tərzi sürən gənclər, gələcəyinin böyük bir uçuruma aparan yolda olduğunu anlaya bilmirlər. Vətəni sevib onun uğrunda fədakarlıq etməmək, kitab oxuyub, təhsil alıb, maariflənib öz ölkəsi uğrunda savaşmamaq üçün gənclər, sanki böyük bir cahillik dəhlizində kor olmaq bütün bu olanları görməmək üçün sıraya düzülürlər. Bu gəncliyə yazığım gəlir deyən insanlara da mənim yazığım gəlir. Çünki onlar da bu gəncliyin əslində nələrə qadir olduğunu görməyəcək qədər kordurlar.


Razıyam problemlər çoxdur. Amma necə ki, sədlər, əngəllər onları aşmaq üçündür, eləcə də problemlər də onları həll etmək üçündür. Amma bunu düzgün şəkildə və qüsursuz etmək lazımdır. Problem yeniliyin olmamasıdırsa, Avropadan yalnız geylərin yaşam tərzini, onlara azadlıq və sərbəstlik verilməyi, əxlaqsızlara azad insan adını verilərək onları ideallaşdırmaq fikirlərini və bu kimi digər nümunələri təbliğ etmək əvəzinə ölkəmizə əsl mədəniyyəti daşımaq lazımdır. Niyə biz Avropanın fəal gəncliyini, gözəl mədəniyyətini, təhsilini, ailə mədəniyyətini deyil, yalnız əxlaqsız və lazımsız tərəflərini mənimsəməliyik?!


Dünyada təkcə problemi olan ölkə biz deyilik, bunu qəbul edirəm. Amma niyə bunu əsəs tutaraq problemlər illaki olmalıdır deyək?! Elə ailələrə nəzər yetirsək bəlkə də ən böyük problemləri olan ölkələr arasında ön sıralarda olduğumuzu görərik. Problem ailədən başlayır. Nə qədər ki, bizim ailələrimizdə ata öz oğlunu xəyallarının qəhrəmanı, qızını gələcək əri üçün yetişdirdiyi bir varlıq kimi görəcək, o qədər də bizim problemlərimiz çox olacaq.

 

Vəziyyətin necə acınacaqlı olduğunu bu yaxınlarda şahidi olduğum bir hadisəni misal göstərməklə nəzərinizə çatdırmaq istərdim: Bir ana uşağını məktəbin çıxışında qarşılayıb evə apararkən uşaq anasına deyir ki, "Ana, Nigar mənə eşşək dedi.” Anası isə belə bir cavab verir: "Get ona de ki, eşşək özüdü, bir də nəslidi..” Yəqin ki, nə demək istədiyimi və bu yazının mənasını başa düşdünüz.

Şərhlər : 2 Şərh yaz
mamasi 5 yanvar 2013 20:38  
Hebib bey, sizin ortaya atdığınız bivec gənclik mövzusu əslində hamımızın yaralı yeridir. Mən sizinlə razıyam. Sonda yazdığınız misalla razılaşmamanız isə sizin bir daha bu dünyanın adamı olmamanızdan xəbər verir. Əgər bu qadının yerinə siz olsaydınız nə cavab verərdiniz gülməşə-kər balanıza... Məncə az deyib oğlum. Döyülüb gələn məndən deyil deməlidir.
Connie 2 fevral 2013 06:53  
Wow, this is in every respect what I neeedd to know.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti