Ermənistanın yeni baş naziri kimdir?

14-04-2014, 11:49
Oxunub: 835


Ermənistanın yeni baş naziri bəlli olub.

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyan hökumətdəki yeni təyinatla bağlı fərman imzalayıb və parlament sədri Ovik Abramyanı baş nazir postuna təyin edib. Bununla da, O. Abramyan Ermənistanın 13-cü baş naziri olub.  
Qeyd edək ki, aprelin 3-də Tiqran Sərkisyan baş nazir postundan istefa vermişdi. Onun hökumət rəhbərliyindən getməsini Ermənistan iqtidarında yaranmış siyasi böhranla əlaqələndirirdilər. Narazı kütlə  T. Sərkisyanı vəzifələrinin öhdəsindən gəlməməkdə ittiham edirdi. Lakin məsələnin digər tərəfi isə Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı qərarıdır. Belə ki, bəzi mənbələr T. Sərkisyanın rəsmi Yerevanın bu addımına qarşı olduğu bildirilirdi.

 Əvvəllər də böyük vəzifələrdə çalışmış O. Abramyan 2008-ci ilin aprelində Prezident Administrasiyası rəhbəri təyin olunmaqla siyasi karyerasının yüksək pilləsinə qədəm qoydu. Elə həmin ilin sentyabr ayında Abramyan parlament spikeri seçilir. Növbəti dəfə isə o 2012-ci ilin may ayında qanunverici orqana sədr seçilir.

O. Abramyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatları Ermənistan tərəfinin sərgilədiyi qeyri-konstruktiv mövqedən elə də fərqlənmir. O da bəllidir ki, yeni baş nazir hakimiyyəti monopoliyasına almış "Qarabağ klanı"nın üzvü deyil. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti