Dövlət Komitəsindən Abutalıbova etiraz

12-04-2014, 15:16
Oxunub: 989


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıdakı bəzi çoxmərtəbəli binaların qanunsuz tikintisinə etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Etatist.com bildirir ki, bu barədə məlumat modern.az-a Komitədən bildirilib.

Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı meriyasına müraciət edərək bildirib ki, tikintisinə yeni başlanılmış aşagıda göstərilən obyektlərin tikinti layihələrinin tərkibi mövcud norma və standartların tələblərinə cavab verməsə də, həmçinin həmin obyektlərin ərazidə yerləşdirilməsi şəhərsalma baxımından əsaslandırılmasa da, tikinti layihələri şəhər memarlıq xidməti tərəfindən razılaşdırılıb: 

1. Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 ünvanında inşa olunan 16 mərtəbəli (mansardlı) yaşayış binası. 

2. Xətai rayonu, Gəncə prospekti 2942"q" məhəlləsində inşa olunan 16 mərtəbəli yaşayış evi. 

3. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 15 ünvanında inşa olunan 10 mərtəbəli (mansardlı)  yaşayış binası. 

4. Nəsimi rayonu, 1-ci mikrorayon, 3004-cü məhəllədə inşa olunan çoxmərtəbəli yaşayış binası. 

Komitə göstərilən obyektlərin layihələrində müvafiq dəyişikliklərin aparılmasını və yaxud bu obyektlərdə tikinti işlərinin müvafiq qaydada dayandırılmasını xahiş edib.

Eyni zamanda layihəçilərə ("Kon-Lay Project" MMC, "AS-KO"MMC, "AYAN-A" Yaradıcılıq İstehsalat MMC, "Feniks-AA" MMC) xəbərdarlıq edilib ki, bir daha şəhərsalma reqlamentinin pozulması ilə sifarişçinin arzusuna uyğun olaraq tikinti obyekti layihələndiriləcəyi təqdirdə onların lisenziyası müvafiq qaydada dayandırılacaq.

Komitədən bildirlib ki, bu xəbərdarlıq zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsi əsas götürülüb
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti