Sürücülük vəsiqəsi alanlar üçün yeni təklif

5-01-2013, 17:44
Oxunub: 4818


Azərbaycanda sürücülük vəsiqəsi alan insanlar müəyyən müddətdən bir təlimlərdə istirak etməlidir. Amma ölkəmizin qanunverciliyində sürücülər üçün belə bir tələb yoxdur. Bu barədə Trend-ə Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.


Onun sözlərinə görə, bunun həyata keçirilməsi üçün ölkədə ilk növbədə avtodromlar yaradılmalıdır. Komitə sədrinin fikrincə, beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlıq yaxşı nəticələr verə bilər.

"Azərbaycanda yol qəzaları nəticəsində hər il təxminən 900-1000 nəfər insan dünyasını dəyişir, 3 min nəfərdən çox insan isə əlil olur. Bu kimi hallar yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsini daha da zəruri edir", - Rəcəbli deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol nəqliyyat hadisələrinin qarşısının alınması, bu hadisələrin fəsadlarının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görülür.

Hadı Rəcəblinin sözlərinə görə, bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri təhlükəsiz sürücülükdür ki, bu məsələyə həsr olunmuş maarifləndirmə kampaniyalarının və peşəkarlığın artırılması işlərinin həcmi hələ də aşağı səviyyədədir.

"Bu səbəbdən həmin sahədə dünya təcrübəsinin öyrənilməsi və bu məqsədlə beynəlxalq ekspertlərin imkanları ilə tanış olmaq göstərilən sektorda boşluğun aradan qaldırılmasına xidmət edən amillərdən biridir", - o deyib.
Şərhlər : 2 Şərh yaz
Feremez 8 fevral 2013 15:41  
Menasiz qanunlardir. Novbeti rushvet ocaqi olacaq. Hadi Bidi ondansa haminin qanun qarshisinda aliliyinden danissin. Qanun hami ucun qanun olsa hecne bash vermez versede cox az olar. Nece olurki , siravi surucu her bir qanunu emel edib avto idare etdiyi halda, hansisa ozune yaxud kimese guvenenin biri qolunu 5 metre cixardib avtonun penceresinden edebazdiqla mashini yuksek suretle idare edir ve s. Ne qeder ki qanun hami ucun qanun olmuyub butun qaydalar qerarlar bosh olaraq qalacaq
vetenperver 8 fevral 2013 21:33  
bir sen qaLmlwdln yol polisine daw atmayan. get oz iwinle meshgul ol. qohumlarlnln iwi duwende tez qachlrsan dyp-ye zeng etmeye.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti