Zakir Həsənov İrana dəvət edildi

10-04-2014, 13:51
Oxunub: 756


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə 14-15 aprel tarixlərində İrana rəsmi səfər edəcək.

Etatist.com bildirir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti