Bakıda 27 yaşlı qızı doğrayıb torbaya yığdılar

5-01-2013, 14:02
Oxunub: 3444


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Dədə Qorqud qəsəbəsi ərazisində, sellofana bükülmüş formada və üzərində bıçaq xəsarətləri olan qadın meyiti tapılıb.

 

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun daimi yaşayış yeri olmayan, tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum olunmuş 27 yaşlı Yelena Nelyubova olması müəyyən edilib.

Qeyd edək ki, meyitin olduğu torba zibil qutusundan tapılıb. Qadının bəzi bədən üzvlərinin kəsildiyi də bildirilir.

 

 

lent.az 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti