Zibillikdən kimin meyiti tapıldı?

5-01-2013, 13:57
Oxunub: 1779


Bakıda zibillikdən tapılan qadın meyitinin şəxsiyyəti müəyyənləşib. Bu barədə Suraxanı rayon Polis İdarəsindən bildirilib.

 

Məlumata görə, Suraxanı RPİ 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun daimi yaşayış yeri olmayan, tüfeyli həyat tərzi keçirən əvvəllər məhkum olunmuş 27 yaşlı Yelena Nelyubova olması müəyyən edilib. Hazırda polis qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.  

 

Qeyd edək ki, yanvarın 3-də Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi ərazisində, sellofana bükülmüş üzərində bıçaq xəsarətləri olan qadın meyiti tapılıb.

apa

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti