Qaxda yanğın hadisəsi

5-01-2013, 11:12
Oxunub: 1394


Etatist.com-un Fövqəladə Halla Nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Qaşqaçay kəndində (rayon mərkəzindən 25 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 1 ton ot bağlaması və digər vətəndaşa məxsus ona bitişik tikilmiş ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyü və damına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu heyvan və 1 baş at tələf olmuşdur. Hər 2 tövlənin qalan hissəsi yanğından mühafizə olunmuş, 1 baş iri buynuzli heyvan xilas edilmişdir. Yanğın saat 07:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti