Bank sektorunun kapitallaşması 25 faiz artıb

5-01-2013, 11:04
Oxunub: 1284


2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunun kapitallaşması 25,12 faiz artaraq 2360,3 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.
AMB-nin məlumatına görə, kapitalı 10 milyon manatdan çox olan bankların sayı oktyabrın yekunları üzrə 40 ədəd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1 bank çoxdur. Ölkənin bütün banklarının ümumi kapitalının həcmində bu kateqoriyadan olan bankların xüsusi çəkisi qeyd edilən dövrün yekunları üzrə 99,5 faiz təşkil edib. Bu göstərici əvvəlki ayda 99,1 faiz olub.

Bir bankın (xüsusi çəkisi 0,3 faiz) kapitalı 5-10 milyon manat, bir bankın (0,2 faiz) kapitalı 3,5-5 milyon manat, daha bir bankın kapitalı isə 3,5 milyon manat çərçivəsində formalaşıb.

Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir. Bununla yanaşı, ölkənin bütün bank sektorunun aktivlərinin 89 faizini əhatə edən bankların məcmu kapitalı artıq AMB-nin 50 milyon manat həcmində yeni tələbinə uyğun gəlir. Bu tələb 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti