Azərbaycan daha bir biznesmeni beynəlxalq axtarışa verdi

3-04-2014, 12:39
Oxunub: 874


Azərbaycan daha bir türkiyəli biznesmeni beynəlxalq axtarışa verib.
 
Lent.az-ın "İnterpol”un saytına istinadən verdiyi məlumata görə, Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü Yaşar Dəmir barəsində beynəlxalq axtarış elan edilib. Y.Dəmir Azərbaycanda qanunsuz biznes fəaliyyəti göstərməkdə təqsirləndirilir.
 
Qeyd edək ki, Y.Dəmirin axtarışa verilməsi ilə Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli iş adamlarının sayı 12-yə çatıb. Türkiyəli biznesmenlər daha çox vergidən yayınmaqda və dələduzluqda ittiham edilir.

 

Azərbaycan daha bir biznesmeni beynəlxalq axtarışa verdi

 

 


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti