İlham Əliyevdən daha bir sərəncam

1-04-2014, 18:27
Oxunub: 2027


Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Etatist.com xəbər verir ki, sərəncamda qeyd edilir ki, dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon manatı İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti