Rusiyadan Ukraynaya daha bir zərbə

1-04-2014, 12:12
Oxunub: 1774
"Ukrayna öz öhdəliklərini yerinə yetirmədiyindən..."


"Bu gündən başlayaraq Rusiya tərəfindən Ukraynaya satılan qazın min kub metrinin qiyməti 385 dollara qədər qalxacaq"

Etatist.com
bildirir ki, bunu Rusiya mətbuatına açıqlamasında "Qazprom"un rəhbəri Aleksey Miller bildirib. Onun dediyinə görə Ukraynaya qazın güzəştli qiymətlə satılması artıq dayandırılıb: "Ukrayna öz öhdəliklərini yerinə yetirmədiyindən, imzalanmış müqavilələrə riayət etmədiyindən "Qazprom" Ukraynaya güzəştli qazın satışını dayandırmaq qərarına gəldi".

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin hakimiyyəti dövründə Rusiya ilə Ukrayna arasında imzalanmış müqavilələrə əsasən Rusiya Ukraynaya qazı güzəştli qiymətlə satırdı. Razılaşmanın qüvvədə olduğu vaxtda Rusiya min kub metr qazı Ukraynaya 268 dollara satılırdı.

Rusiyanın Ukraynanın daxili siyasətinə, ərazi bütövlüyünə müdaxiləsi iki dövlət arasında münasibətləri az qala müharibə şəraitinə gətirdi və Rusiyanın atdığı bu addım sadəcə siyasi təyziq kimi qəbul edilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti