İllərdir yatmayan 87 yaşlı kişi

1-04-2014, 10:33
Oxunub: 2953


Eskişəhərdə yaşayan 87 yaşındakı Mehmet İnanc, 52 ildir yata bilmir. Etatist.com ans press-ə istinadən xəbər verir ki, xalq arasında "yuxusuz Mehmet" ləqəbi ilə tanınan Mehmet babanın yuxusuzluğuna həkimlər də çarə tapa bilmir. 

3 dəfə evlənən Mehmet baba, 1960-cı ildən bu yana yatmadığını deyir: -Yuxusuzluq səbəbiylə xəstəxanada yatdım, həkimlər "səndə yuxu deyilən bir şey yoxdur" dedilər və məni müxtəlif testlərlə yoxladılar. 

Bir tibb bacısı kağızdaki yazıları oxumağımı istədi. Mən başladım oxumağa, bir saat oxudum, baxdım ki mənim yatmağımı gözləyən yanımdaki tibb bacısı yatıb, oyatdım onu. Daha sonra ikinci dəfə test etdilər və məni üzüqoyulu yatırtdılar, ancaq bu dəfə də rahatsızlandığım üçün ondan imtina etdilər. 

Sonunda "yatmır" deyə diaqnoz qoydular.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti