Təyyarədə dava düşüb

4-01-2013, 16:57
Oxunub: 3263


Sərnişinlər təyyarə eniş edənə qədər dava salıblar

  

Moskva-İrəvan təyyarəsində dava düşüb. Hadisə Yeni İl axşamı olub. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, sərnişinlər arasında mübahisə yaranıb. O, daha sonra davaya çevrilib. Tərəflərin davası təyyarə İrəvana hava limanına enişinə qədər davam edib. 

Araşdırma nəticəsində davanın 53 yaşlı və 32 yaşlı kişilər arasında baş verdiyi məlum olub. Polis həmin şəxslərin ifadəsini alıb. Hazırda olayda iştirak edən digər iki dələduz da axtarılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti