Zəncirvari avtomobil qəzası

4-01-2013, 16:44
Oxunub: 1561


Bakıda zəncirvarı yol qəzası baş verib. Lent.az-ın hadisə yerinə olan əməkdaşının məlumatına görə, hadisə bir neçə dəqiqə əvvəl metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında qeyd alınıb. 51 nömrəli marşrut avtobusu ilə "Ford” markalı yük maşını toqquşub. Bundan sonra isə digər avtomobillər qəzadan yayına bilməyib. 64 nömrəli marşrut "Opel” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində ərazidə böyük tıxac yaranıb. Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti