Prezidentlər Qarabağ münaqişəsini müzakirə etdilər

27-03-2014, 11:32
Oxunub: 593


Azərbaycan və Ermənistan prezidentləri Haaqada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Etatist.com-un modern.az-a istinadən xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün rəsmi Twitter səhifəsində məlumat verib. O, prezidentlərin qısa danışdıqlarını qeyd edib.

"Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?”- deyə C.Uorlik sual edib. 

Qeyd edək ki, Hollandiyanın Haaqa şəhərində III  Nüvə Təhlükəsizliyi sammiti keçirilib. Sammitdə Azərbaycan və Ermənistanın dövlət başçıları da iştirak ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti