5 balıqçı Xəzərdə itkin düşdü

26-03-2014, 10:17
Oxunub: 296


Azərbaycanın Siyəzən rayonunda 5 nəfər balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar. Məlumata görə, onların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar. Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat verilib.

Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti