600 nəfər onun üçün oxudu

4-01-2013, 14:27
Oxunub: 1212


Hindistanda 600 gitarist, avtobusda təcavüzə uğradıqdan sonra həyatını itirən 23 yaşındakı gənc qadın üçün John Lennonun "Imagine" mahnısını ifa etdi.

 

 

Ölkənin şərqində yerləşən Darjeeling şəhərində təşkil edilən musiqi festivalının təşkilatçıları, ümiddən və sülh bəhs etdiyi üçün bu musiqini seçdiklərini və gənc qadının ailəsinin və yaxınlarının ağrısını bir az olsun yüngülləşdirmək istədiklərini açıqladı.

New Delhidə 16 dekabrda mindiyi avtobusda 6 adamın təcavüzünə uğrayan və ağır yaralanan gənc qadın, müalicə üçün aparıldığı Sinqapurda həyatını itirmişdi.
Toy hazırlıqları etdiyi öyrənilən və adı açıqlanmayan tibb universiteti tələbəsi olan qız, ölkəsində və beynəlxalq ictimaiyyətdə "India`s Daughter" (Hindistanın Qızı) adıyla xatırlanır.

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti