"Kamaz" körpüdən aşdı

4-01-2013, 11:43
Oxunub: 1299


Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "Kamaz” markalı yük avtomobili körpüdən aşmışdır.

Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

Əməliyyat saat 06:06-da başa çatmışdır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti