Qəzza İsrailə bomba atdı

15-03-2014, 11:02
Oxunub: 807


Qəzzadan İsrailə raket atılıb.

 

Etatist.com-un Anspress-ə istinadən verdiyi xəbərə görə, Qəzzanın cənubundan atılan 6 raketin İsrailin cənub bölgəsindəki qəsəbələrə düşdüyü ifadə edilib. 


Hadisə şahidlərinin bildirdiyinə görə, bir raket Xan Yunusdan, iki raket Qəzza zolağından və üç raket isə Qəzzanın şimalından atılıb. 

İsrailə atılan raketlərin məsuliyyətini Qəzzadakı fələstinli qruplardan boynuna götürən olmayıb. İsrail rəsmi orqanları isə Qəzzadan atılan raketlərlə əlaqədar heç bir şərh verməyib.

İsrail ordusunun sözçüsü isə dünən Qəzzadan 70 raketin atıldığını bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti