Sərdar Cəlaloğlu Bəxtiyar Hacıyevi "duelə" çağırdı

10-03-2014, 16:30
Oxunub: 3075
"Bəxtiyar Hacıyev gəlsin, oturaq müzakirə edək"


Mart ayının 9-da Bəxtiyar Hacıyevin musavat.com-da yayımlanan müsahibəsində Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu haqqında dediklərinə, ADP sədrindən cavab gəldi.

 

Qeyd edək ki, Bəxtiyar Hacıyev, Sərdar Cəlaloğlunun fəlsəfi, dini fikirləri maraqlı ola bilər. Amma onun təqdimatı, bəlkə də nisbilik nəzəriyyəsində zaman genişlənməsi ilə bağlı ən sadə tənliyi həll edə bilmədiyi halda, "Eynşteynin qüsurlarını aradan qaldırdım" deməsi üzümdə təbəssüm oyadır"- deyə bildirib.

 

Buna cavab olaraq isə Etatist.com-a açıqlama verən S. Cəlaloğlu dedi ki, Bəxtiyar Hacıyev gərək birinci onun fikrini bilə:

"O gərək birinci mənim fikrimi bilə, eşidə, ondan sonra deyə bilər ki, bu gülüncdür, ya deyil. Mən iki gün bundan qabaq mütləq nisbilik nəzəriyyəsini Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinə şəxsən təqdim eləmişəm və akademiyada bunun müzakirəsini xahiş etmişəm ki, nəzəriyyənin mexanikası ətrafında mütəxəssislər müzakirə aparsınlar. Eyni zamanda mənim mütləq nisbilik nəzəriyyəsini İran İslam Respublikasının elmi dairələrinə göndərmişəm. Fikrim var bunu Türkiyə və başqa ölkələrdə də müzakirəsinə nail olum".

Daha sonra Sərdar Cəlaloğlu, Bəxtiyar Hacıyevin fikirlərinin azərbaycanlıların ümumi kompleksinə bağladı:

"Bəxtiyar Hacıyevin görəsən Eynşteinin nisbilik nəzəriyyəsindən təsəvvürü varmı görəsən? Yəni, o bilirmi ki, bu nəzəriyyə nədən ibarətdir? Və yaxud mənim yeni nəzəriyyəm barədə hər hansı məlumatı var? Mən onu heç qəzetə verməmişəm. O hardan bilir ki, onun bilmədiklərindən hansı düzdür? Bu azərbaycanlıların kompleksi ilə bağlıdır. Azərbaycanda belə bir fikir var ki, bir yəhudi, bir ingilis, ən azı bir rus belə bir fikir deyibsə, o fikri kimsə təkzib edə bilməz. Halbuki, Einşteinin nəzəriyyəsinin yanlış olduğunu öz dövründə bir çox alimlər sübut ediblər və bunun nəticəsində fizikada iki yeni nəzəri sahə yaranıb: Kvant fizikası, ehtimal nəzəriyyəsi. Einştein özü də etiraf edib ki, bu nəzəriyyəsi yanlışdır. Ona görə də, öz nəzəriyyəsinin nöqsanlarını aradan qaldırmaq üçün ən ümumi nisbilik nəzəriyyəsi adı altında nəzəriyyə işləmək istəyib, ölüb, ona görə də işləyə bilməyib. Mənə bu gün Azərbaycan fizikləri, nəzəri mexanika mütəxəssisləri, filosoflar fikir desə, polimikaya girərəm. Amma bir halda ki, budur, bunların təşkilatında bir Erkin Qədirli var, bir dəfə qəzetdə ağzına gələni yazmışdı. Sonra Eynulla Fətullayev kimilər gülməli-gülməli danışırlar".

Elmi nəzəriyyələrin tam dəqiq olmadığını deyən ADP sədri misallar gətirdi:

"Deyirlər ki, "Allah var? Allahı sübut elə". Həndəsədə paralel xətlərin kəsişmədiyinin sübuta bu qədər ehtiyac yoxdur amma Allah kimi böyük bir mövzunu deyir, "sübut elə". Sübut eliyə bilmədinsə, deməli o yoxdur. Yəni, bu elmlərin böyük əksəriyyətində çox ciddi problem var. Bunların da hamısı Aristotelin ardıcıllıq məntiqi ilə bağlıdır".

 

Sərdar Cəlaloğlu, Eynşteynin nisbilik nəzəriyyəsini və onda olan çatışmamazlıqları Bəxtiyar Hacıyevlə müzakirə etməyə hazır olduğunu bildirdi:

 

"Bəxtiyar Hacıyev gəlsin, sizin də iştirakınızla oturaq müzakirə edək. O, mənim fikirlərimi də bilmiş olar onda".

Şərhlər : 4 Şərh yaz
Məmməd 10 mart 2014 16:50  
Mən təsəvvürümə gətirə bilmərəm ki,Hafisin qardaüı oğlu səviyyəli adam olsun.Yəni Bəxtiyar.
adıbilinmez 10 mart 2014 20:14  
Serdar bey.
Bele ciddi elmi araşdırmaları Elmi mühitde müzakire edirler. Dünyada her il onlarca konfranslar keçirilir. Neden o konfranslara gatılıb elmi nezeriyyenizi tegdim etmirsiniz.
Doğrusu men fizikçiyem,Sizin bu çalışmanızı Bextiyarla müzakire etmeniz mende tebessüm oyatdı.
Yaxşı olardı eserinizi çox yaxşı tanıdığınız Tofig Gasımova göndereydiniz.
Bakıda görkemli alimlerimiz var Professor Eli Guliyev, Professor Övset Abdinov, onlarla eserinizi tartışsanız çox yaxşı olar.
TANRIVERDİ 10 mart 2014 22:20  
Sərdar bəy, incimə, sənin fəlsəfə, siyasət, iqtisadiyyat, xüsusəndə Eynşteynin nisbilik nəzətiuyəsi haqqında təsəvvürlərin çox bəsit və yanlışdır. Oxuduğun şeylərin izahında çox səhvlərə yol verirsən, bu sənin fəaliyyətində, mövqeyihdə də aşkar sezilir...
azerturk 11 mart 2014 01:11  
bildiyim qeder Bextiyar fizika olimpiadcisi olub :D
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti