Şəhriyar Məcidzadə

3-01-2013, 12:32
Oxunub: 2839
Çapulcu


Bu ənənələrinizə bir son verin. Yoxsa, yetişməkdə olan çapulcular gündəmə daşınmaq üçün sıraya düzülüb millətin dəyərlərinə, şərəfinə, heysiyyatına söyəcək.


20 ildi iqtdidarlı, müxalifətli eyni talehi yaşayırsınız. Bir-birinizin acığına dəstəklədiyiniz gənclər, bir-birinizə qarşı mübarizədə vasitə etdiyiniz adamlar sizi sonunda vurur. Niyə? 
Çünki, dəstək vermək üçün seçdiyiniz adamlar sizə görə kiçik və nəzarətdə saxlanacaq adamlar olur. Amma, bir də görürsünüz ki, dəstək verdikləriniz sizə qarşı olmazın addımlara əl atmağa başlayır. Elə, biri dünənki bir bloq yazısına verilən təpkidir. Siz, bu yazını məşhurlaşdırırsınız. Millətin zamanını oğurladırsınız və yanlış istiqamətlərə yönləndirilməsinə səbəb olursunuz.
Məsələ dəli və kor quyu məsələsinə döndü. Yaxşı, indi bu olanların səbəbkarı kimlərdir?
Siz!


"Nəzarətdə saxlayacam” deyə harda mənfəətlərini güdüb, məşhurlaşmaq üçün, pul qazanmaq üçün millətin dəyərlərini təhqir edən, hücum edən adam varsa çıxarırsınız yuxarı başa. Bəlkə budu siyasət?
Sabah nəzarətinizdən çıxıb, sizə tərəf hücum edəndə də başlayırsınız vaxtında verdiyiniz dəstəklərinizi sadalamağa. Yəqin, budur siyasət.
Millətin qarşısına çıxardığınız, qəhrəmanlaşdırdığınız adamların hamısına görə heç olmasa özünüzə hesab verməlisiniz.. Çapulcularla işləyəndə axırı belə olur.


Arayış:
Çapulcu nədir?- soyğunçu, oğru. Amma soyğunçu daha uyğun nümunədi.

Onlar bizim dəyərlərimizi bizdən oğurlamaq istəyənlərdi, onlar bizim zamanımızı oğurlayanlardı. Belə olduğu üçün elə biz bu gündəyik. Xaricdə yaşayan bir blogger yazı yazır, ölkənin ən böyük media qurumları bunu manşetə çıxarır, redaktorları yazılar yazıb cavab verir. Blogger sizdən böyük olmaq üçün nə qədər işləyib ki, siz onu gündəmə daşımağa "borclusunuz”? 
Azərbaycanda yüz nəfər də olsun gənci bir araya toplamağa gücü yetməyənlərin gündəmdə nə işi var cənablar? Bu ənənələrinizə bir son verin. Yoxsa, yetişməkdə olan çapulcular gündəmə daşınmaq üçün sıraya düzülüb millətin dəyərlərinə, şərəfinə, heysiyyatına söyəcək.


Ermənilərlə bizim fərqimiz.
Ermənilərin liderləri də, yetişməkdə olan gəncliyi də hərbi rütbə daşıyır. Ən azından hərbi xidmət keçir. Bizim iqtidar nümayəndələrimiz də, aktiv siyasi kurs tutan gənc siyasətçilərimiz də niyəsə ancaq diplomat olurlar. 
Dünyanın ən böyük diplomatlarından biri Taleyran idi. Amma niyəsə biz onun adının qarşısına yazılan "məşhur” sözünü, ancaq Napoleondan sonra oxuyuruq. Bunlar Taleyrandan daha böyük diplomatdılar?
Öz-özünə ortaya çıxan gənclər təşkilatlarını, yalandan yox, real gücə sahib olan, heç kimin kölgəsinə sığınmayanlara bir münasibət sərgiləyirisniz, onlarla, qaydalarla, qanunlarla danışırsınız. Amma, xaricdə diplomatlıq edənlərə "buyurun yuxarı başa"? 
Onlar sizi bir yazıları ilə dağıdırlar, çıxırlar meydana. Biz isə insanlarımızın qarşısında olanda ən yaxşı seçimi elə insanlarımızın edəcəyindən əminik.


Haşiyə: Deməli, dünən bir xəbər yayımlayırıq. Bizdən götürüb yayımlayırlar, bir az cümlələrimizi dəyişdirirlər, bizə isə istinad vermirlər... Və...?!
Söhbət xəbər məsələsi, istinad məsələsi deyil. Bunu belədə biləsiniz. Çünki biz yüzlərlə kitabın, hökümətimizin sayəsində çəkməcələrimizdə toz içində saxladığımız xarici ölkələrin diplomlarını göydən almamışıq. Oxumuşuq, əziyyət çəkmişik qazanmışıq. Amma, ortada bir nümunə var axı; dəstək verdiyiniz, çapulcu gənclik bir də köstək olmaq istədiyiniz milli gənclik. Dediyimi dedim. 
Osmanlı zamanında da belə idi. Devşirmələrdən, yəni, soysuzlardan ordu düzəldirdilər, döyüş öyrədirdilər. Osmanlı zəifləyəndə Sultan Əbdülhəmidin Ulduz sarayını kim yağmalasa yaxşıdı!?
Kimliyi bəlli olmayan soysuzlar.
Hamıya uğurlar.

Şərhlər : 5 Şərh yaz
Tofiq Ovçu 3 yanvar 2013 20:43  
Əla yazıdır,lap ürəyimcə oldu.
fehle diplomat 3 yanvar 2013 21:25  
Sagol ki tarixi yada salirsan .millet yatib yatmislari oyatma
Ceyran 3 yanvar 2013 21:48  
Şehriyar bey qeleminiz var olsun.Ureyinize sagliq.
Turan Berkut 3 yanvar 2013 22:15  
Yazi mükəmməl və son dərəcə savadlı yazıdır, men sizin daha cox uğurlar əldə edəcəksiniz.
Anar 4 yanvar 2013 21:39  
Salam necesen senitebrik edirem .ela yazidi.bu saytin adini niye beleqoyubsuz .yeqin bu balaca saytin adi mence herbir herfin arxasinda boyuk adlar durur.isinizde ugurlar cansagligi arzulayiram sene ve senin hemkarlarina partnuyorlarina .hergun isdiyirem yeni yazilar gozluyurem
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti