"Qarabağda irəliləyiş gözləmirəm" - Metyu Brayza

6-03-2014, 16:28
Oxunub: 592


"Mən yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olacağını gözləmirəm”.

 

Etatist.com bildirir ki, bu sözləri AzVision.az saytına müsahibəsində Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.


- Amma şadam ki, Ceyms Uorlik kimi əla diplomat hazırda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrdir. O, Minsk qrupuna enerji, optimizm və kreativlik gətirəcək,- deyə Brayza əlavə edib.

Onun sözlərinə görə, hazırda İlham Əliyev və Serj Sarqsyan çətin qərarları qəbul etmək üçün bir- birinə etimada malik deyillər. "İrəliləyişə nail olmaq üçün, düşünürəm ki, ABŞ dövlət katibi və prezidenti Rusiyadan olan həmkarlarla görüşəndə Dağlıq Qarabağ məsələsini öz gündəliklərinə daxil etməlidirlər”,- deyə Brayza əlavə edib.

Onun sözlərinə görə, hazırda Ukraynadakı böhran ABŞ və Rusiya prezidentləri arasında konstruktiv dialoqun qurulmasını çətinləşdirir.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti