TBMM-də qarşıdurma

3-01-2013, 09:51
Oxunub: 1773


Türkiyə Böyük Millət Məclisi Ümumi Qurultayında BDP-nin Muşdan olan millət vəkili Sırrı Sakıkın, "Sizin tarixiniz soyqırım tarixidir" sözlərinə AKP Qrup Başqan vəkili Nurettin Canikli "Millətin tarixinə söz söyləmək, 30 ildən bəri qırğın edən terror təşkilatını dəstəkləyən sizlərin heç həddi deyil" deyərək reaksiya verdi.

BDP Muş millət vəkili Sırrı Sakık, Türkiyənin Qərbində bir çox mahalda kürdlərə qarşı hücumların davam etdiyini irəli sürdü.

Muş, Diyarbakır, Şırnak, Batman kimi bölgələrdə etnik qruplara hörmətsizlik edilmədiyini ifadə edən Sakık, "Bu siyasət davam etsə, bizim qəbul etmədiyimiz siyasi hadisələr gündəmə gəlsə məsulu biz deyil, iqtidardır" dedi.

MHP-nin Kayseridən olan millət vəkili Yusuf Halaçoğlu, təklif əleyhinə etdiyi çıxışında, MHP olaraq, irqi, dini, məzhəbi, rəngi nə olursa olsun insanlar arasında ayrıseçkiliyə və nifrətə yol açacaq ifadələrə qarşı olduqlarını ifadə etdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti