Avropa Ukraynanın Rusiyaya olan borclarını ödəyəcək

5-03-2014, 10:29
Oxunub: 1006


Avropa İttifaqı Rusiyanın "Qazprom" şirkətinin borclarını ödəmək üçün Ukraynaya 2 milyard dollar yardım etməyə hazır olduğunu bəyan edib.

Etatist.com Anspress-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger deyib. Onun sözlərinə görə, Ukraynanın böyük məbləğli börclarını ödəmək ittifaqın əsas prioritetlərindən biridir.

Bu arada məlum olub ki, Ukraynanın qaz borclarını ödəmək üçün ABŞ da 1 milyard dollar yardım edə bilər. 

Ukrayna məsələsi Avropa Birliyinin martın 6-da keçirəcəyi sammitdə müzakirə olunacaq. Və sammitdə Ukraynaya maddi dəstək məsələsi həllini tapa bilər. Rəsmi Brüssel Ukraynaya 610 milyon avro dəstək verəcəyi bildirilir. Ukrayna hökuməti isə təcili 25 milyard dollar ehtiyacının olduğunu açıqlayıb. Beynəlxaq Valyuta Fondu qısa müddət ərzində Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün 15 milyard dollar kredit ayırmağı planlaşdırır.

BVF-nin Ukrayna iqtisadiyyatına dəstək vermək məsələsi bazar günü "Böyük yeddilik" ölkələrinin maliyyə nazirlərinin toplantısında müzakirə olunacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti