Vahid Ələkbərov bir gecədə 1 milyard dollar itirdi

4-03-2014, 15:45
Oxunub: 1785


"Blumberq” şirkətinin siyahısında olan dünyanın 300 ən varlı adamı birjalarda valyutanın düşməsi ilə bağlı 44.4 milyard dollar itiriblər. Buna səbəb isə martın 3-də Krımda baş verən gərginlik olub.  

 

Etatist.com axar.az-a istinadən xəbər verir ki, Blumberqin hesablamalarına əsasən rus və Ukrayna milyarderləri həmin hadisədən sonra 12.8 milyard dollar itiriblər.  

NOVATEK-in rəhbərləri Qennadi Timçenko və Leonid Mixelson 3.2 milyard dollar itiriblər.  

 

Krımdakı gərginlik azərbaycanlı milyarder, "Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərova ciddi ziyan vurub. Milyarder bir gecədə 1 milyard dollarını itirmək məcburiyyətində qalıb.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti