AMEA-da yeni müdir müavini təyinatı

3-03-2014, 12:29
Oxunub: 1123


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İşlər İdarəsinin müdir müavini təsdiq olunub.
 
AMEA-nın mətbuat xidmətindən Etatist.com-a verilən xəbərə görə, son zamanlar AMEA-nın İşlər İdarəsi tərəfindən həyata keçirilən bir sıra işlər, AMEA-nın balansında olan daşınmaz əmlakın uçotu və sənədləşdirilməsi, elmi işçilərin soial-məişət məsələlərinin həlli ümumilikdə idarənin işinin artmasına səbəb olub. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətinin sərəncamı ilə AMEA Rəyasət Heyəti Mərkəzi aparatının ştat cədvəlinə bir ştat vahidi – AMEA İşlər idarəsinin müdir müavini vəzifəsi əlavə edilib.
 
AMEA Rəyasət Heyətinin qərarı ilə İşlər İdarəsinin baş mütəxəssisi Sərdar Əli oğlu Əliyev idarənin müdir müavini vəzifəsinə təsdiq olunub. S.Əliyev 2 fevral 1955-ci ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti