Rusiya Ukraynadan pul tələb edir

1-03-2014, 11:32
Oxunub: 895


 

 

Ukrayna mövcud 1,549 milyard dollarlıq borcunu ödəməsə Rusiya qazı üçün güzəhtlərdən məhrum ola bilər.
 
Etatist.com-un Musavat.com-a istinadən verdiyi xəbərə görə, bunu "Qazprom”un rəsmi nümayəndəsi Sergey Kuprianov deyib.

"Bizim Ukrayna ilə münasibətlərimiz yaxşıdır, tranzid gedir. Amma qaza görə pul ödəmək lazımdır. Bu ana qədər vaxtı keçmiş borc 1,549 milyard dollar təşkil edir”, - "Qazprom” nümayəndəsi bildirib.

Ukraynanın "Naftoqaz” şirkətinin sonuncu dəfə 1, 28 milyard dollar ödədiyi və "Qazprom”dan borcun qalan hissəsinin ödənilməsi üçün aprelin 15-inədək möhlət istədiyi bildirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti