İki yanğın hadisəsi olub

2-01-2013, 10:04
Oxunub: 1352


Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli üçotaqlı evin çardağının yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Xaçmaz şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 110 kv.m olan ikimərtəbəli səkkiz otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası və ev əşyaları 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti