Kamran Həsənli

24-12-2012, 09:38
Oxunub: 5069
Millətimizin qurtuluş yolu


Bu yazının adı bizim üç böyük dəyərimizdi.

- Millət
- Qurtuluş
- Yol

Millətimizin halı.
Ağır zamanlardı. Hamımız bilirik ki, hər şey gündən günə çətinləşir. Ölkədə ideya boşluğu var və buna görədə insanlar nə edəcəyini bilmirlər. İllər öncədən, əslinə qalsa bu ölkənin dinə baxışlarının necə olmalı olduğunu formalaşdırmaq lazım idi. Əgər elə olsaydı, bu gün məzhəb davalarına şahid olmazdıq, din siyasi alətə çevrilməzdi. Oysa indi nə olduğunu hamımız görürük.
Əgər siyasi səhnə bu dərəcədə ağır hücumlara məruz qalmasaydı, indi biz cəmiyyətdə bu qədər xaotik düşüncələr bərabərində aqresivləşmə müşahidə etməzdik.
Əgər insanlara sərbəst düşünmək, özünü ifadə etmək şəraiti yaradılsaydı, Azərbaycanın inkişaf potensialı, seyrəkliyi belə olmazdı. Ancaq olmadı. 
Indi hər insanımız hədəfsizdi. Hədəfsiz olmasaydı, nə istəyirsən sorduqda:  pul, maşın, mövqe adlarını çəkib "balam üçün yaşayıram” bəhanələri ilə rüşvət alıb, vətəndaşları istismar edən bir toplum yaradıla bilməzdi.
Bizim toplum artıq hədəfsizliyin son həddinə çatır, bundan sonra ideyalar ortaya çıxacaq. Saxta ideyalar və gerçək ideyalar. Bu ideyaların mübarizəsi müstəvisində yeni ədəbiyyat, yeni xətt, fikir, siyasi mühit formalaşacaq.
Millətimizin halına gəldikdə isə, siz qərar verin. Nə haldayıq? Nə desəniz gerçəkdə odu. 

Qurtuluş 
Hədəfərimizin olmamasından qurtulmağın yeganə yolu, ideya ətrafında toplanmaq və çalışmaqdı. 
Biz, bunu etmək üçün aylarla fəaliyyət göstəririk. Aylardır, hər ay təşkil etdiyimiz hər seminarda, ortaya qoyduğumuz məsələlər insanlarımızı düşündürmək üçün idi. Biz, az bir qismidə olsaq düşündürməyə nail olmuşuq və işimizi davam etdiririk. Qurtuluş, ardıcıl işləmək deməkdir. Qısa müddət ərzində nəticələr gözləyən heç bir ideoloji xətt uğur əldə edə bilməz. Fəsli aktivlik bizə lazım deyil. Bunun üçündə insanlarımıza hər gün göstərəcəyik ki, ideyalarımız bizim üçün dəyişilməzdir. Sonra isə insanlar inanmağa başlayacaqlar. Axı hər insanımızın ən böyük problemi elə inanmaqdır. Bizi elə bir hala salıblar ki, yəqin bizdən başqa heç bir millətin nümayəndəsinə saqqız kimi hər gün ”heç kimə inanma” sözü deyilməz.
Qurtuluşumuz elə budu. İnanmaq! Ideyalarımızın daşıyıcısı olmaq.

Yol
Biz, işləyiriksə deməli heç bir yerədə tələsmirik. Yol gedirik. Bu yol insanlarımız üçündü, bu yol azad olacaq, bütov olacaq dövlətimiz üçündü, bu yol sağlam yetişəcək gələcək nəsillər üçündü. 
Mən öz qərarımı belə vermişdim. 2012-ci ilin may ayının 6-da, Milli Fikir Mərkəzinin birinci seminarında Şəhriyar Məcidzadənin "Nəsillər arası savaş. Hədəf: Milli Gənclik” mövzusunu dinləyəndə anladım ki, çalışmaq lazımdır. 
Yolumuz isə davam edir. Nə tələsirik, nə gecikirik. Bu yolun yorğunluğuda gözəldi, acısıda, şirinidə. Niyə? Qarşısına bu qədər möhtəşəm hədəflər qoyan insanlar yorula bilərlər? Yorula bilirlərsə, deməli onlar nə etdiklərinin heç fərqində belə olmayıblar. Dəyişə bilirlərsə, deməli onların şəxsiyyətləri hələ formalaşmayıbmış və bundan sonra da formalaşmayacaq.
Odur ki, biz sadəcə işləyirik, hər gündə yolumuzdan bir qədər məsafə geridə qalır.
Son olaraq bir sual verim: yolu olanla, yolu olmayanın fərqi bilirsiniz nədi? Birinə yolsuz deyirlər. Tanrı yolsuzlardan bu məmləkəti qorusun!
Şərhlər : 2 Şərh yaz
Ramil 13 yanvar 2013 16:18  
Xoşuma gəldi Kamran çox super yazmısan. Əlinə zehninə saglıq
Eloise 2 fevral 2013 06:56  
Thought it wuldon't to give it a shot. I was right.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti