Yeni il konsertində partlayış

1-01-2013, 16:50
Oxunub: 1397


Xəbər verdiyimiz kimi, Yeni İl və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bakıda Bakıxanov qəsəbəsində yerləşən ticarət və əyləncə mərkəzində pulsuz konsert proqramı təşkil olunub.

Dekabrın 30-da təşkil olunan konsert proqramı saat 15:00-da başlamalı olsa da, amma 2 saat gec-17:00-da başlayıb. Səbəb isə səhnə arxasında ardıcılıq olaraq 2 dəfə güclü partlayışın olması göstərilib. Partlayış elektrik naqillərinin düzgün quraşdırılmamasına görə yaranıb və bu, tamaşaçılar arasında qarışıqlığa və təşvişə səbəb olub.

Hadisəni konsertin təşkilatçısı Samir Xattab AzNews.az-a açıqlamasında təsdiqləyib: "İlk olaraq səhnəyə "Avantaj” qrupu çıxdı və onların ifası zamanı birinci partlayış oldu. Problem həll olunandan sonra yenidən ifası yarımçıq qalan qrup çıxışına davam etməyə başladı. Amma bu dəfə də eyni hadisə baş verdi. Bu səbəbdən də konsert 2 saat gec başlamalı oldu”.

Qeyd edək ki, tanınmış aparıcı Samir Bayramlının idarəçiliyi ilə baş tutacaq "Möhtəşəm Yeni İl konserti” adlı şou-proqramda müğənnilər Xuraman Şuşalı, Əkbər, Sevinc Ağaşirinova, Elvin Abbasov, Vusal Bayramov, Lalə Abbasova, repçilər Anar Nağılbaz, Promete – HOST, KQB (Kamal QaraBasma), o cümlədən, Dj China, Dj Ruaz, Dj Seym, "Avantaj” və "Break Dance” qrupları çıxış ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti