"Rəcəb Tayyib Ərdoğanı öldürəcəklər"- Video

26-02-2014, 10:30
Oxunub: 2523


Türkiyənin ictimai kanalı TRT-də yayımlanan serialda keçən bir səhnə tamaşaçıları şoka salıb.

Etatist.com-un ANS PRESS-ə istinadən xəbərinə görə, yayım günü çərşənbə günləri olan "Kızılelma” ("Qızıl alma”) serialının həmin səhnəsi artıq sosial şəbəkələrdə rekord həddə izlənib.

Bu səhnədə MİT (Milli İstihbarat Təşkilatı-Türkiyənin xüsusi xidmət orqanı) əməkdaşı ilə MİT-in rəhbər işçilərindən biri arasında keçən dialoq olduqca maraqlıdır. 

Türkiyəyə sızmış paralel təşkilatdan bəhs edən MİT əməkdaşı onların hədəfinin Türkiyənin baş naziri olduğunu deyir. Bu səhnənui daha da maraqlı edən isə hər hansı bir prototipdən istifadə olunmadan birbaşa baş nazir Rəcəb Tayyib Ərdoğanın adının çəkilməsidir. 

- Cənab müşavir, deyirəm ki, onu öldürəcəklər.

- Kimi, kimi öldürəcəklər?

- Türkiyəyə sızan bu təşkilatın bircə hədəfi var. Baş nazir!

- Baş nazirmi?

- Bəli! Hədəf baş nazirdir. Rəcəb Tayyib Ərdoğan!

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti