2013-cü ildə ağaca çırpıldı

1-01-2013, 10:30
Oxunub: 3581


Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda "BMW” markalı minik avtomobili yolun kənarında ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil verilmişdir, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 05:38-də başa çatmışdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti