Hillari Klinton xəstəxanaya yerləşdirilib

31-12-2012, 11:17
Oxunub: 987


ABŞ dövlət katibi Hillari Klinton xəstəxanaya yerləşdirilib. Həkimlər onda tromb aşkar ediblər. 
"Klinton bazar günü onda tromb aşkar olunduqdan sonra xəstəxanaya yerləşdirilib. Həkimlər trombun əmələ gəlməsini bu yaxınlarda dövlət katibinin beyninin silkələnməsi ilə əlaqələndirirlər",  deyə CNN telekanalın məlumatında vurğulanır.

Dekabrın ortalarında Klinton bağırsaq infeksiyası keçirib və nəticədə susuzluq səbəbindən huşunu itirib yıxılaraq beyin silkələnməsi alıb.
Həkimlər yaxın 48 saat ərzində Klintonu ciddi nəzarətdə saxlayacaqlar. Ona qanın laxtalanmasının qarşısını alan dərmanlar veriləcək. Bu barədə dövlət katibinin köməkçisi Filipp Reyns məlumat verib.
Yanvarın sonunda Klinton istefa verməlidir. Onu bu vəzifədə Senatın beynəlxalq əlaqələr komitəsinin başçısı Con Kerri əvəz edəcək.

 

APA 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti