Cənubi Koreyada idman zalı çöküb

18-02-2014, 09:57
Oxunub: 427


Cənubi Koreyanın Köncu kurort şəhərində idman zalının uçması nəticəsində ölənlərin sayı 10-a çatıb, 14 nəfərin taleyi isə bilinmir.

APA-nın "İTAR TASS”a istinadən verdiyi xəbərə görə, insident idman zalında baş verib. Hadisə baş verən zaman binada  Pusan Xarici Dillər Universitetinin 565 birinci kurs tələbəsi ali təhsil müəssisəsinə daxil olunduqlarını qeyd edirmiş. Binanın damının qarın ağırlığından aşdığı bildirilir. Ölənlərdən 9-nun tələbə və bayram tədbirinin təşkilatçısı olduğu bildirilir. Daha 3 tələbənin və 11 ofisiantın taleyi naməlumdur. İnsident zamanı 112 nəfər xəsarət alıb.

Xilasetmə əməliyyatı davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti