Məscidə qumbara atdılar

31-12-2012, 10:35
Oxunub: 1302


Fransanın Jirdon şəhərində məsciddə terror aktı törədilib. Dekabrın 30-da axşam saatlarında naməlum şəxs məscidin namazgahına əldəqayırma qumbara atıb. Xoşbəxtlikdən içəridə adam olmadığından xəsarət alan olmayıb. Namazgaha isə cüzi ziyan dəyib.

Şəhər bələdiyyə idarəsinin rəhbəri terror aktını pisləyib, bu hərəkəti fransızlarla müsəlmanların arasına nifaq salmaq cəhdi kimi dəyərləndirib. Xatırladaq ki, şəhər meriyası ilə üzbəüz olan məscid dəfələrlə belə halla üzləşib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti