Azərbaycanda məscidlər nəzarətə götürüldü

17-02-2014, 10:52
Oxunub: 1292


Suriya məsələsinin gündəmə gəlməsindən sonra bölgələrdə sələfi məzhəbinin nümayəndələrinə (ictimaiyyət arasında onlar "vəhhabi” və ya "saqqallılar” kimi tanınırlar – red.) qarşı polis nəzarəti gücləndirilib.

Paytaxt Bakı ilə yanaşı rayonlarda, xüsusən ölkənin şimal, şimal-qərb bölgəsindəki məscidlər hüquq- mühafizə orqanlarının nəzarətinə götürülüb. 

Etatist.com bildirir ki, azvision.az-a daxil olan məlumata görə, artıq İsmayıllı, Zaqatala, Balakən, Qusar və digər rayonlarda polis tərəfindən məscidlərə ciddi xəbərdarlıq edilib.

Yerli sakinlərin bildirdiyinə görə, polis əməkdaşları onlarla söhbət edərək həmin şəxsləri Suriyaya getməməyə, saqqallarını qırxmağa, radikal qruplara qoşulmamağa çağırıb.

Bildirilib ki, onların ibadət etdiyi məscidlər, görüşdükləri yerlər, dini mağazalar nəzarət altındadır.

Qeyd edək ki, təkcə bölgələrdə deyil, paytaxt Bakıda da məscidlər son günlər ciddi polis nəzarətindədir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti