Bakı-Qazax yolunda dəhşətli qəza

30-12-2012, 22:49
Oxunub: 6901


 Bakı-Qazax yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə bu gün axşam saatlarında yolun 298-ci kilometrliyində Yevlax rayonu ərazisində qeydə alınıb. 1981-ci il təvəllüdlü Yüzbaşıyev Sahib İsmayıl oğlunun idarə etdiyi 10-EZ-269 dövlət nömrə nişanlı "VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn 90-JV-857 dövlət nömrə nişanlı "HOWO” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində "VAZ 2106”nın sürücüsü Sahib İsmayılov, sərnişin 1978-ci il təvəllüdlü Sənayev Sənan Əli oğlu və şəxsiyyəti hələ ki, məlum olmayan digər bir sərnişin ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

APA 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti