18 yaşlı oğlan özünü asdı

30-12-2012, 12:36
Oxunub: 5358


 Azərbaycanın Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Cəlilabad Rayon Prokurorluğundan APA-nın verdiyi məlumata görə, hadisə ötən gün rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Sadiq Məhərrəm oğlu Əmirov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb. Mərhumun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti