İnstituta yeni direktor təyin edilib

12-02-2014, 17:17
Oxunub: 1136


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun icra səlahiyyətləri dayandırılıb.

AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında qəbul olunub.
 
Direktor səlahiyyətinə P.Kərimovun öz xahişi əsasında xitam verilib. Rəyasət Heyətinin digər qərarı ilə institutun direktoru və Elmi Şurasının sədri vəzifəsini AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti