Rusiya vətəndaşı olmaq istəyənlərə bəd xəbər

12-02-2014, 12:49
Oxunub: 2034


Rusiya İqtisadiyyat Nazirliyi və Federal Miqrasiya Xidməti əcnəbilərə Rusiya vətəndaşlığı verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlayır.

APA-nın "Kommersant”a istinadən xəbərinə görə, layihədə Rusiya iqtisadiyyatına 10 mln. rubl (287,4 min dollar) sərmayə qoyan əcnəbilərə ölkə vətəndaşlığı verilməsi nəzərdə tutulur.

Bundan başqa, Rusiyanın kollec və ali təhsil məktəblərini bitirən, Rusiyada ən azı 3 il işləyən əcnəbi tələbələrə də vətəndaşlıq veriləcək.

"Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə düzəlişlər artıq hökumətin müzakirəsindən keçib və yaxın vaxtlarda Dövlət Dumasının müzakirəsinə çıxarılacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti