Qahirə yaxınlığında 3 polis əməkdaşı qətlə yetirilib

12-02-2014, 10:49
Oxunub: 498


Qahirə yaxınlığında törədilmiş silahlı hücum nəticəsində 3 polis əməkdaşı qətlə yetirilib.

APA-nın "İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yerli KİV-lərin məlumatına əsasən, naməlum şəxslər yerli vaxtla saat 00.00 radələrində İsmailiyyə şəhəri yaxınlığında post-patrul xidmətinin avtomobilini avtomat silahdan atəşə tutublar. Nəticədə, maşında olan 3 polis əməkdaşı hadisə yerində həlak olub. Hücum edən şəxslərin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti