Prezident Azadlıq meydanına niyə gəldi?

29-12-2012, 22:23
Oxunub: 1947


Dekabrın 29-da Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Azadlıq meydanında tikilən yeraltı avtomobil dayanacağında inşaat işlərinin gedişi ilə tanış olub.
APA-nın verdiyi xəbərə görə, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, iki minə yaxın avtomobil üçün nəzərdə tutulan bu dayanacaq ikimərtəbəli olacaq. Avtomobil dayanacağını fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılıb. Burada yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qazlarının təmizlənməsini və havalandırmanı idarə edən qurğular ən yüksək standartlar səviyyəsində olacaq. Layihəyə əsasən, yeraltı dayanacağın 8 giriş-çıxışı olacaqdır ki, bunlardan ikisi avtomobillər, altısı isə piyadalar üçün nəzərdə tutulub. Dayanacaqda indiyədək 60 min kvadratmetr sahədə inşaat işləri həyata keçirilib.

Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.

Prezident Azadlıq meydanına niyə gəldi?
Prezident Azadlıq meydanına niyə gəldi?

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti