İlham Əliyevlə Sarkisyan razılaşıb

6-02-2014, 11:27
Oxunub: 1577


"Ermənistan və Azərbaycan prezidentləri xüsusən Olimpiya oyunları müddətində atəşkəsə əməl olunacağını bir daha təsdiqlədilər”.

Etatist.com azvision.az-a istinadən xəbər verir ki, bunları ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik twitter səhifəsində yazıb.

Həmsədr qeyd edib ki, prezidentlərin növbəti görüşünün tarixi hələlik məlum deyil: "Lakin Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dialoqun davam etdirilməsini vurğulayıb".

Qeyd edək ki, bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfər ediblər. Onlar Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüblər.
Şərhlər : 1 Şərh yaz
vusal 6 fevral 2014 11:56  
Ele bu bizim ucun boyuk sansdi Olimpiya oyunlari zamani hucuma kecib torpaqlarimizi azad etmeliyik butun dunya Rusiyada olacaq olar mudaxile etse bu Rusiya ucun boyuk zerbedir sexsi fikrimdi cox arzulayiramki Rusiyanin basi qarisan erefede gedek torpaqlarimizi azad edek men sexsen haziram
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti