Bakıda daha bir icra başçısı xanım müavin təyin etdi

5-02-2014, 16:44
Oxunub: 9949


 

 

Bakı rayonlarında icra başçılarının xanım müavinlərinin sayı artıb. Ən son təyinat bir müddət öncə Suraxanı rayonu İcra Hakimiyyətində gerçəkləşib. Belə ki, bu yaxınlaradək Bülbülə qəsəbəsindəki 327 saylı məktəbin direktoru vəzifəsində çalışan Sevinc Hüseynova Suraxanı rayonu İcra Hakimiyyəti başçısının müavini təyin edilib. 

Sevinc Hüseynovaya 1-ci dərəcəli dövlət qulluqçusu statusu da verilib. Suraxanı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Sevinc Hüseynova dekabr ayının sonlarında bu vəzifəyə gətirilib.

Bununla da Bakıda icra başçılarının xanım müavinlərinin sayı 9-a yüksəlib. 

Binəqədi rayon İcra Hakimiyyətində Aygün Əliyeva, Nəsimi rayon İcra Hakimiyyətində Gülarə Verdiyeva, Xətai rayon İcra Hakimiyyətində Jalə Abdıyeva, Yasamal rayon İcra Hakimiyyətində Sevil Əliyeva, Nizami rayon İcra Hakimiyyətində Gülnaz İsrafilova, Sabunçu Rayon İcra Hakimiyyətində Arzu Məmmədova, Xəzər rayon İcra Hakimiyyətində Lalə Əhmədova, Səbail rayon İcra Hakimiyyətində Xalidə Bayramova icra başçılarının xanım müavinlərdir.

Məlumatına görə, hazırda Bakı rayonlarından yalnız Qaradağ, Nərimanov və Pirallahı rayon İcra Hakimiyyətlərində müavinlərin heç biri xanım deyil.

Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da uzun illərdir xanım müavinlə işləyir. Merin müavinlərindən biri Fidumə Hüseynovadır.


Onu da qeyd edək ki, Prezident Administrasiyası hələ bir müddət öncə hər bir rayonda icra başçısının müavinlərindən birinin qadın olması ilə bağlı göstəriş verib. 
 

 


modern.az

 

 

Şərhlər : 3 Şərh yaz
Sevindik 5 fevral 2014 19:07  
Cox gumanki bu mekteb direktoru seckide Ilham eliyevin xeyine 100% seckini saxtalasdrib.
seymur 5 fevral 2014 20:24  
felaket nece feyir ? ela eladida. !!! ona gorede bu icra bawcilari iwdiye bilmirler exde dir dir iwde dir dir
Elchin 5 fevral 2014 21:57  
Fidume adi chapa sehv gedib , yoxsa hegigeten bele ad var????
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti