Kamran Həsənli

24-12-2012, 20:36
Oxunub: 1796
“Neptun” marketin hədələrinə cavab


"Neptun” marketin nümayəndələrindən bizə hədəvari şərh gəlib:

"Bildiz bilmədiz danışmayən .Neptun market nə Vasif Talıbovundu nə də ki Cəlal Əliyevindi.İşgüzar ,zəhmət sevər oğlanlarındə.Qaldı ki bu çekə bu çek tekniki nazazliqdan yaranıb.Kassanının printerinin katriçi qurtaranda belı olur.Bayramla əlaqədar olaraq alış veriş çoxdu printerin katriçi qurtarıb .Çekdə hər şey qaydasında yoxsa alınan malların siyahl, ƏDV si və məmləğ kim oxuya bilmirsə ona oxumağa koməklik ede bilərik

İşiviz gücüvüz yoxdu yazmağa başqa şey tapmadınız bu qəbzdə hər şey qaydasında kim oxuyua bilmirsı kömık edərik oxuyar”


Heç bir hərfinə, vergülünə toxunmadıq, necə var elə yayımladıq. Birinci, Vergi Qanunvericiliyində "müştərilərimiz çoxdur, üzrlü səbəblərimiz olduğu üçün vətəndaşlara VÖEN, ünvan və rəqəmləri göstərməyə ehtiyac yoxdur" deyə bir maddə yoxdur. İkincisi, vətəndaş bu qəbzi aldıqda sizdən xahiş edib və bildirib ki, ona normal qəbz verəsiniz, üstünə mühafizəçi çağırmısınız. Üçüncüsü, biz və bizim minlərlə oxucumuz bu şərhinizlə sizin təkcə vergi qanununa yox, həmdə bütün qanunlara necə "hörmət” etdiyinizi oxumağa başlayıb.

Hörmətli "Neptun” market nümayəndələri, bizi hədələyirsiniz? "Çekdə hər şey qaydasındadı yoxsa alınan malların siyahı, ƏDV-si və məbləği kim oxuya bilmirsə ona oxumağa koməklik edə bilərik” cümləsində, elə vətəndaşın üstünə gələn o mühafizəçinizin "qoçuluğu" hiss olunur. Bizi bir daha haqlı çıxardığınız üçün təşəkkürlər.

 

İndi keçək məsələnin hüquqi tərəfinə: bizim də, bütün Azərbaycan vətəndaşlarının da hüquqlarını qorumalı olan Daxili İşlər Nazirliyi var. Sizin bizə yazdığınızı, hansı ünvandan yazdığınızı araşdırıb tapmaq onların işidir.

Mətbuat nüməyəndələrini hədələmək. Təkcə vergi qanunvericiliyini pozmaqla kifayətlənməyib, artıq ümumilikdə qanunları, etiketi pozmaqda israrlı olduğunuzu görürük. Çox yaxşı...belə də davam edin. Bildirim ki, artıq məsələ ilə bağlı Vergilər Nazirliyinin 195 telefon məlumat xidmətinə öz şikayətimizi bildirmişik, şikayətimiz qeydiyyata alınıb və araşdırması başlayıb. Dünən, Vegilər Nazirliyi də məsələyə diqqət göstərib. Analitik-informasiya şöbəsinin böyük dövlət vergi müfəttişi Şahin Məmmədov bizimlə əlaqə yaradıb, biz də ona bütün məsələlərlə bağlı geniş izahat verəcəyik.


Bundan sonra "qoçu” havasında bizimlə danışmaq, yumşaq təhdidlər və hədələriniz davam etsə, bu səfər Daxili İşlər Nazirliyinə redaksiyamız adından müraciət edəcəyik. Daha sonra isə siz vətəndaş hüquqlarını pozmaqla necə ustalaşmısınızsa, bizdə həmin hüquqları hüquqi qaydada bərpa etməyə elə davam edəcəyik.
Bizi hədələmək arzusu, istəyi olan adamlara yazım vasitəsiylə bir də bildirirəm: biz qanunlara hörmət, vətəndaş hüquq və azadlıqlarınının təmin edilməsi üçün, aylarlardır Milli Fikir Mərkəzi, "Etatist” internet qəzeti olaraq fəaliyyət göstəririk. Hədələr edən, "qoçular” saxlayıb Azərbaycan Respublikası vətəndaşlarını hədələmək arzusuna və eşqinə düşən hər kəsə cavab vermək isə qanunlarımızın işidir.
Bir xatırlatma:
"Etatist”- sözünün mənası dövlətçidir. Dedim ki, bilməyənlər bilsin.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti