Azəri qızı Günel haqda həbs qərarı

5-02-2014, 09:53
Oxunub: 2671


Günel Zeynalova eks sevgilisi Rza Zərrabı "başından güllələyərəm” sözlərini deyərək ölümlə hədələdiyi iddiasına görə mühakimə olunub.

Etatist.com ANS-ə istinadən bildirir ki, bu brədə Türkiyə mətbuatı xəbər yayıb. Məlumata görə, daha çox "Azəri qızı Günel" adı ilə tanınan müğənniyə 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Hakim Günelin hədə-qorxu gəldiyinə görə 6 ay azadlıqdan məhrum edilməsinə, yenidən cinayət işləməyəcəyi istiqamətdə qənaət hasil olduğundan qərarın açıqlanmasının təxirə salınmasına qərar verib. Günel daha öncə Zərrabla aralarında keçən telefon danışıqlarıı razılığı olmadan ifşa etdiyi səbəbilə "Xəbərləşmənin gizliliyini pozmaq” cinayətindən də 9 ay müddətinə həbs cəzasına məhkum edilmiş, bu qərarın da açıqlanması təxirə salınmışdı.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti