Abel Məhərrəmovun "Facebook" profili saxtadır

1-02-2014, 17:41
Oxunub: 931


Bakı Dövlət Universiteti bu təhsil ocağının rektoru Abel Məhərrəmovun adına açılmış «Facebook» səhifəsi ilə bağlı açıqlama verib.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova APA-ya bildirib ki, A.Məhərrəmov «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçməyib: «Bu gün bəzi KİV-də Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova məxsus «Facebook» profilində hansısa statusun yazıldığı barədə məlumatlar yayılıb. Bildirmək istəyirəm ki, rektor Abel Məhərrəmovun belə bir səhifəsi yoxdur və həmin profil saxtadır».
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti